XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 13:34

Rusiyada yenə bomba həyəcanı- Nazirliklər təxliyə olundu

Rusiyanın Çelyabinsk vilayətində yerli hökumət binası, eləcə də bir sıra regional nazirliklər təxliyə edilib.

Trend-in məlumatına görə, buna səbəb bu binalara bomba qoyulması ilə bağlı anonim zəng olub.

Məlumatda qeyd olunur ki, təxliyə olunan binalarda Təhsil və Elm, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət Nazirlikləri yerləşir.

Təxliyədən sonra binalarda axtarışlar aparılıb.