XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

05 Oktyabr 2017 - 10:31

Amerikalı həmsədr Bako Saakyanla görüşdən sonra belə mesaj verdi:"Bu, həqiqətən mürəkkəb problemdir"

ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Endryu Şofer Dağlıq Qarabağa tanışlıq səfəri edib.

APA-nın "Armenpress"ə istinadən verdiyi xəbərə görə, E. Şofer separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. 

Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlər müzakirə edilib. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb.

E. Şofer görüşdən sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə tanışdır: "Bu, həqiqətən mürəkkəb problemdir. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə müntəzəm olaraq regiona səfərlərimizi davam etdiririk”.

Qeyd edək ki, həmsədrlər oktyabrın 6-da İrəvanda, 7-də Bakıda olacaqlar.