XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 Oktyabr 2017 - 12:10

Rusiya Səudiyyə Ərəbistanına 3 milyardlıq silah satacaq –Aralarında S-400 raket sistemi də var

Rusiya Səudiyyə Ərəbistanı kralı Salman Ben Abdel Əizi Əl Saudun ölkəyə səfəri zamanı hərbi-texniki əməkdaşlıq sahəsində imzalanması üçün nəzərdə tutulan 3 milyard dollardan artıq dəyərdə müqavilə hazırlayıb.

Bu barədə "Kommersant" qəzeti xəbər yayıb.

Qəzet qeyd edir ki, bu sənədlər paketinə bir neçə S-400 zenit-raket sistemlərinin tədarükü də daxildir.

Qeyd edək ki, Səudiyyə kralı bu gün Moskvaya rəsmi səfərə gələcək.

Səfər çərçivəsində yüksək səviyyəli görüşlər və ikitərəfli münasibətlərin inkişaf prespektivlərinin müzakirə ediləcəyi gözlənilir/Trend.