XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 12:20

Elçibəyin sabiq müşaviri vəfat etdi –Oğlundan açıqlama

Mərhum prezident Əbülfəz Elçibəyin sabiq müşaviri, Müsavat Partiyasının məclis üzvü Rafiq Bəy İsmayıl bu gün  dünyasını dəyişib.

Strateq.az xəbər verir ki, bu barədə oğlu, Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan politoloq Toğrul İsmayıl sosial şəbəkədə açıqlama verib: "Sevgili atamız, ailəmizin ağsaqqalı Rafiq Bəy İsmayıl vəfat edib. Bütün sevənlərinə duyurulur…".

Qeyd edək ki, bir neçə gün əvvəl Rafiq bəyin səhhətində qəfil problem yaranmışdı. O, xəstəxanada müalicə olunurdu…

Strateq.az-ın kollektivi Rafiq bəyin vəfatından kədərləndiklərini bildirir, mərhumun həyat yoldaşı Xanım Xəlilovaya, oğlu Toğrul İsmayıla və bütün  doğmalarına başsağlığı verir. 

Allah rəhmət eləsin!