XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Oktyabr 2017 - 14:19

Trampın vəziyyəti qəlizləşdi –Senatın Kəşfiyyat Komitəsi Rusiyanın seçkilərə müdaxiləsini təsdiqləyib

ABŞ Senatının Kəşfiyyat komitəsi amerika kəşfiyyatının, Rusiyanın haker hücumları və təsir kampaniyaları həyata keçirməklə, ABŞ-da 2016-cı ildə keçirilən seçkilərə təsir etməyə cəhd etməsi haqqında çıxardığı nəticələri əhəmiyyətli dərəcədə qəbul edib.

Strateq.az “Evropeyskaya Pravda”ya istinadla xəbər verir ki, bu haqda “Vaşinqton Post” məlumat yayıb.

Qəzetin məlumatına görə, Senatın Kəşfiyyat komitəsi “sərt hərtərəfli yanaşma”ya çağırıb ki, ABŞ-da gələcək seçkilərdə belə hal bir daha təkrarlanmasın.

Çərşənbə günü keçirilən mətbuat konfransında komitəyə rəhbərlik edən senator Riçard Burr, kəşfiyyat camiəsinin ABŞ Demokrat Partiyasının və Hillari Klintonun kampaniya rəhbərinin serverlərinin sındırılmasının arxasında Rusiyanın durması və onun sosial şəbəkələrdə, saxta hesablardan yalan informasiyalar yaymaqla, ictimai rəyə təsir etməyə cəhd etməsi haqqındakı qiymətləndirməsinə istinad edərək bəyan edib: "Komitə üzvləri və işçiləri arasında konsensus mövcuddur – biz kəşfiyyatın çıxardığı nəticələrə inanırıq”.

R. Burrun sözlərinə görə, tədqiqat hələ başa çatmayıb. Burr həmçinin qeyd edib ki, “əlbirlik (seçki kampaniyası dövründə ruslarla Trampın komandası arasında – red.) haqqında məsələ hələ də açıq qalır” və komitənin işi tamamlanana qədər həll edilməyəcək.

Verilən məlumata görə, Kəşfiyyat komitəsi 100-dən çox adamı dindirib, çoxu kəşfiyyat, Trampın daxili çevrəsi və keçmiş Obama administrasiyasınımn üzvləri tərəfindən təqdim edilən 100 mindən çox sənədə baxış keçirib.

Xatırladaq ki, 2016-cı ilin oktyabrında ABŞ kəşfiyyatı, ABŞ-da şəxslərin və müəssisələrin, siyasi təşkilatların elektron poçtlarının sındırılması da daxil olmaqla, elektron yazışma sisteminə olan kiber hücumların arxasında Rusiya hökumətinin durduğunu bəyan etmişdi.