XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 13:13

Ərdoğan: “Dəmirtaşın çağırışı vətənə xəyanətdir”

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan HDP sədri Səlahaddin Dəmirtaşın kürd muxtariyyəti çağırışını vətənə xəyanət və təxribat adlandırıb.

BBC xəbər verir ki, həftə sonu HDP və digər kürdpərəst qruplar Türkiyənin əsasən kürdlər yaşayan cənub-şərq bölgələrində özünü idarəetməyə çağırış ediblər. Türkiyə prokurorluğu bununla bağlı təhqiqat başladıb.

Türkiyə Silahlı Qüvvələri isə özünüidarə uğrunda mübarizə aparan üsyançı PKK-ya qarşı əməliyyatlar həyata keçirir. 

Ankara Cümhuriyyət Prokurorluğu kürd muxtariyyəti ilə bağlı verdiyi açıqlamaları əsas götürərək S.Dəmirtaş barəsində istintaq başladıb. HDP lideri  Konstitusion quruluşa və bu quruluşun prinsiplərinə qarşı çıxmaqda ittiham olunur.