Prezident İlham Əliyev bu gün daha bir sərəncam verib.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, X.İbrahim Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub. Sonradan o, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan sonra isə Prezident İlham Əliyev Xəzər İbrahimin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edib.