Bu güm Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan–Çexiya oyunu keçirilib.
Strateq.az xəbər verir ki, 35-ci dəqiqədə Kopic çexləri önə çıxarıb. 54-cü dəqiqədə isə Əfran İsmayılov 11 metrlik cərimə zərbəsi ilə hesaba tarazıq gətirib – 1:1.
Bu qol həm də qrupda vurduğumuz 9-cu qol olub.
Ancaq çexlər 66-cı dəqiqədə 2-ci qolu qapımızdan keçiriblər – 1:2
Beləlikə, oyun bu hesabla başa çatıb.
Bu qələbə sayəsində çexlər xalını 12-yə çatdırıb və 3-cü pilləyə yüksəliblər.
Azərbaycan isə 10 xalla 4-cü pilləyə düşüb.