XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Oktyabr 2017 - 22:17

Azərbaycanda Farmakoloji və Farmakopeya Ekspert Şurası yaradılır –Fərman

Azərbaycan Respublikasında dərman vasitələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertiza aparan qurumun statusu müəyyənləşib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən Səhiyyə Nazirliyinin tabeliyində ictimai əsaslarla fəaliyyət göstərən Azərbaycan Respublikasında dərman vasitələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertizanın aparılması üçün Farmakoloji və Farmakopeya Ekspert Şurası yaradılır.

Şuranın Əsasnaməsini səhiyyə naziri təsdiq edir. 

APA