XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 15:49

Yeni hakim təyinatları oldu – Spikerin qərarı

Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Milli Məclisin sədri Oqtay Əsədov qərar imzalayıb.

Strateq.az Milli Məclisə istinadən xəbər verir ki, qərarla Ali Məhkəmənin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsi dəyişdirilərək, Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Bundan başqa, 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar:

Cəmilova Xəyalə Adil qızı,

Zeynallı Fərmayıl Gülmalı oğlu.

2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Kəmalə Nəbi qızı Abiyeva yenidən Bakı Apellyasiya Məhkəməsinin, Rafael Əmir oğlu Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər.