XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Oktyabr 2017 - 23:19

Politoloq:“Azərbaycanın Avropa Şurasını tərk etməsi doğru qərar olmaz"

“Avropa Şurası mükəmməl təşkilat deyil. Bunu qəbul edirik. Ancaq Azərbaycanın Avropa Şurasını tərk etməsini doğru qərar saymıram. Gözləntilərimiz özünü doğrutlmursa, bu, o demək deyil ki, bu mötəbər təşkilatdan vaz keçməliyik.

Strateq.az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

Politoloq qeyd edib ki,  Azərbaycan bu quruma 2001-ci ildə qəbul olunub və bunun baş verməsi üçün mərhum dövlət başçısı Heydər Əliyev xeyli danışıqlar aparıb, müxtəlif nümayəndə heyətləri ilə görüşləri olub və nəhayət, Strasburqda çıxış edib, təşkilata üzvlükdən məmun qaldığını bildirib: “İndi bu qədər əziyyətdən sonra Avropa Şurasından çıxmaq Azərbaycana hansı üstünlük qazandıracaq? Qazanan Ermənistan olacaq. Çünki Azərbaycanın iştirak etmədiyi mötəbər təşkilatda əleyhimizə qərarlar qəbul etdirəcək, bizim arqumenti isə səsləndirən olmayacaq. Heydər Əliyev məhz buna görə Azərbaycanın Avropa Şurasında üzvlüyünə çalışırdı ki, bu meydanda Ermənistanın cavabı verilsin, bizi də eşitsinlər.