XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Oktyabr 2017 - 16:24

Minsk qrupunun həmsədrləri bəyanat yaydı:"Hər iki prezident danışıqlara başlamağa hazırdır"

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov-Rusiya, Endrü Şofer-ABŞ və Stefan Viskonti-Fransa) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.

Trend-in təşkilatın saytına istinadən məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində prezidentlərlə görüşüblər:

"Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib".

Bəyanatda qeyd edilir ki, prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat veriləcək.