XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 18:35

Avropada Azərbaycan müzakirələri başlayır –Hakimiyyətin sərt tənqidi gözlənilir

Oktyabrın 9-da Strasburqda AŞPA-nın payız sessiyası çərçivəsində "Landromata son qoymağın və Azərbaycanı cavab verməyə çağırmağın vaxtıdır" mövzusunda müzakirələr keçiriləcək.

Strateq.az Amerikanın Səsi-nə istinadla xəbər verir ki, dinləmələri Azərbaycan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) AŞPA-nın keçmiş prezidenti Ann Brasserin dəstəyilə keçirəcək. Tədbir yerli vaxtla saat 13.00-dan 14.00-dək davam edəcək.

Görüşdə Demokratiya Naminə Hərəkatın həmsədri, Azərbaycanın AŞ-da keçmiş səfiri Arif Məmmədov, RATİ-nin rəhbəri Emin Hüseynov, Demokratiyanın İnkişafı və İnsan Hüquqları Mərkəzinin prezidenti Yuri Cibladze, "Azadlıq faylları" Analitik Mərkəzinin direktoru Olqa Zaxarova çıxış edəcəklər.

Çıxışçılar Azərbaycanda insan hüquqlarının pozulması halları barədə son informasiyanı və Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsinin necə təmin olunması ilə bağlı öz mülahizələrini təqdim edəcəklər.

Qeyd edək ki, oktyabrın 11-də AŞPA sessiyasında "Azərbaycanda demokratik institutların fəaliyyəti" mövzusunda hesabat müzakirə olunacaq. Sənədi assambleyanın Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) hazırlayıblar.