XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

08 Oktyabr 2017 - 04:14

Rusiyada səfərdə olan Səudiyyə kralının sarayına basqın –"Kalaşnikov"la

Səudiyyə Ərəbistanı kralının Ciddə şəhərindəki sarayının qarşısındakı postun atəşə tutulması nəticəsində iki mühafizəçi həlak olub, daha üçü yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, cavab atəşi ilə hücum edən şəxs öldürülüb.

İnsident oktyabrın 7-də səhər saatlarında baş verib. Hücum edən şəxsin 28 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilir. Onun avtomobilindən “Kalaşnikov” tipli avtomat və üç alışdırıcı qumbara aşkarlanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı hazırda Rusiyada səfərdədir.