XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 06:04

Putinin doğum günündə Navalnı tərəfdarları aksiya keçirdi –Kremlə yürüşün qarşısı alındı

Rusiyada həbs edilmiş müxalifət lideri Aleksey Navalnının tərəfdarları Putinin 65 yaşının tamam olduğu gündə ölkə boyu etiraz aksiyalarına çıxıblar. Yürüş və piketlər onlarla şəhərdə, o cümlədən Moskva, Xabarovsk, Ulan-ude, Stavropolda keçirilib.

Strateq.az Azadlıq Radiosunun rus xidmətinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Navalnıya 2018-ci ilin prezident seçkilərində iştirak etməyə şərait yaradılmasını tələb ediblər.

Rusiya prezidenti Vladimir Putinin doğma şəhəri Sankt-Peterburqda polis aksiyanın keçiriləcəyi meydanı qapadıb.

Putinin sözçüsü Dmitri Peskov oktyabrın 3-də bildirmişdi ki, "icazəsiz mitinqlərə çağırış qanunsuzdur, ona görə də belə aksiyaların təşkilatçıları cəzalandırılacaqlar". 

Navalnı öz tərəfdarlarına çağırış edərək onları siyasi rəqabət mühiti yaradılması uğrunda mübarizə üçün küçələrə çıxmağa çağırmışdı. Navalnı ölkə boyu 60 seçki qərargahı açıb. O, gələnilki seçkidə indiki prezident Putinə rəqib olmaq istəyir.

​Mərkəzi Seçki Komissiyası iyunda bildirib ki, Navalnı maliyyə cinayətlərində təqsirli bilindiyi üçün seçkiyə qatıla bilməz. Navalnı isə özünü təqsirli saymır. 

Seçki gələn ilin martında olacaq.

Samarada isə 7 nəfərin saxlandığı haqda məlumat yayılıb. İjevskYakutskda da saxlananların olduğu deyilir. Yekaterinburqun meri Yevgeny Roizman da öz şəhərində yürüşə qatılıb. Bu şəhərdə 10 nəfərin saxlandığı bildirilir.

Sankt-Peterburqda Navalnının seçki kampaniyasının koordinatoru Mixail Sosin və kampaniyanın hüquqşünası Denis Mixaylov saxlanıblar. 

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, Moskvanın Puşkin meydanına bir neçə yüz nəfər etirazçı toplaşıb. Onlar Kremlə yürüş etmək istəyiblər. Amma polis qarşılarını kəsib. Bəzi etirazçılar əllərində ördək fiqurları tutublar. Bununla onlar Navalnının baş nazir Dmitri Medvedevlə bağlı araşdırmasına işarə vurublar. Araşdırmaya görə, Medvedevin malikanəsində ördəklər üçün ayrıca ev də var.

Aksiyaçılar "Putin oğrudur", "Ad günün mübarək", "Putinsiz Rusiya" şüarları səsləndiriblər.