XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 10:00

“Qabrielə dedim ki, əgər siz bizə tərəf bir addım atsanız…” –Çavuşoğlundan rəsmi Berlinə mesaj

"Almaniya ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışmağa hazırıq". 

Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu “Spiegel” dərgisinə müsahibəsində bildirib.

“Mən bu istiqamətdə səylər göstərməyə hazıram. Keçən il çətin olsa belə, Almaniya və Türkiyə arasında problemlərin yaranmasına heç bir səbəb yoxdur”, – deyə Çavuşoğlu bildirib.  

Onun sözlərinə görə, Ankara və Berlin arasında fikir ayrılığı, ilk növbədə, Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı 2017-ci il tarixli referendumla bağlı olub.   

“Türkiyə hökumət üzvlərinin Almaniya ərazisində çıxışlar etməsinə qadağa qoyulması xoşumuza gəlmədi.  Və mən  dostum Ziqmar Qabrielə (Almaniya XİN rəhbəri) dedim: “Gəlin gələcəyə birlikdə baxaq. Əgər siz bizə tərəf 1 addım atsanız, biz sizə tərəf 2 addım atarıq”, – deyə Çavuşoğlu qeyd edib/APA.