XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Oktyabr 2017 - 11:01

Tramp ona “gicbəsər” deyən dövlət katibi haqda danışdı:“Daha sərt olsa, yaxşıdır...”

ABŞ prezidenti Donald Tramp jurnalistlər qarşısında əmin edib ki, bütün deyilənlərə baxmayaraq, onun dövlət katibi Reks Tillersonla münasibətləri yaxşıdır. Bununla belə, prezident əlavə edib ki, Tillerson “daha sərt” olsa, yaxşıdır.

Bundan əvvəl Amerika KİV-ləri xəbər veriblər ki, Tillersonla Tramp arasında münasibətlər gərgindir və dövlət katibi bir neçə dəfə istefa vermək istəyib. 

Habelə Pentaqonda keçirilən toplantıda Trampın xarici siyasət mövqeyindən o qədər qəzəblənib ki, həmkarlarının yanında onun arxasınca biədəb söyüş söyüb və “gicbəsər” adlandırıb.

Tillerson jurnalistlər qarşısında bunu təkzib etməyib, lakin deyib ki, prezidentin komandasının üzvü kimi qalır və istefa vermək fikrində deyil.

Virtualaz.org