XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 12:10

Fərhad Əliyevə Azərbaycanda vəzifə verilib? –Rəsmi açıqlama

Bir neçə gün əvvəl mediada sabiq nazir Fərhad Əliyevin Sumqayıt Texnologiyalar Parkına (STP) rəhbər təyin olunması ilə bağlı dərc olunan xəbərə rəsmi reaksiya verilib.

STP-nin mətbuat xidmətindən qaynarinfo-ya daxil olan məlumata görə, mətbuatda çıxan informasiya həqiqəti əks etdirmir: "Bildirmək istəyirik ki, "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmamışdır. Emin Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanıb".