XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 14:18

 Elmar Məmmədyarov GUAM ölkələrinə səsləndi:"Əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var”

“GUAM çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur”.

Bunu bu gün barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının  iclasında söyləyib.

E. Məmmədyarov deyib ki, GUAM-a üzv ölkələr arasında iqtisadi, turizm, gənclər və mədəniyyət sahəsində əməkdaşlıq üçün böyük potensialdan istifadə etmək lazımdır: “GUAM çərçivəsində əməkdaşlıq artıq tərəfdaşlığa keçib”.

Xarici işlər naziri GUAM ölkələrində münaqişələrin əsas problem olaraq qaldığını qeyd edib: “’GUAM ölkələrindəki münaqişələr mütləq ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

GUAM çərçivəsində iqtisadi əməkdaşlığı əsas elementlərdən biri adlandıran E. Məmmədyarov nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin  əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, GUAM ölkələri davamlı əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

Nazir GUAM-ın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığından da danışıb. Onun sözlərinə görə, bu cür əməkdaşlıq çox vacibdir və gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi diqqət ayrılacaq.

APA