XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

09 Oktyabr 2017 - 11:52

Ərdoğanın lideri olduğu AKP-dən ABŞ-a mesaj:"Sanksiyaya səssiz qalmayacağıq"

Prezident Ərdoğanın lideri olduğu AKP Vaşinqtonla yaşanan viza gərginliyinə rəsmi reaksiya verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiya sözçüsü Mahir Ünal Xarici İşlər Nazirliyi tərəfindən məsələyə aydınlıq gətiriləcəyini deyib:

"Bu gün cənab prezident Ərdoğan gərəkli açıqlama verəcək. Bəli, ABŞ səfirliyi açıqlama yaydı, bizim də ABŞ-dakı səfirliyimiz eyni addımı atdı. Prosesi yaxından izləyirik.  Son dərəcə diqqətli və beynəlxalq hüquqda haqlı olduğumuzun arxasında duraraq, bərabər şəkildə varlığımızı göstəririk. Türkiyəyə qarşı hər hansı bir sanksiyaya səssiz qalmayacağıq".

Mahir Ünal ABŞ-la müttəfiq olduqlarını da xatırladıb: "Hər şeydən əvvəl NATO-da müttəfiqik.  O üzdən münasibətlərimizə son dərəcə diqqət edirik".

Strateq.az