XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 12:58

Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti İrana gedib –Gilan vilayətinin rəhbəri ilə görüş -FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti İrana səfər çərçivəsində Gilan vilayətinin rəhbəri Mustafa Salari ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə M.Salari İran-Azərbaycan münasibətlərinin tarix boyu yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, Azərbaycan dənizçilərinin İrana səfərindən məmnunluğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Sübhan Bəkirov Ali Baş Komandan İlham Əliyevin Xəzər dənizinin dostluq və qardaşlıq dənizi olduğunu bildirdiyini qeyd edərək, bu cür səfərlərin qarşılıqlı və davamlı olacağına inandığını söyləyib. Sonda dənizçilərimiz Rəşt muzeyini ziyarət ediblər.