ABŞ-ın rəhbərliyi altında İŞİD əleyhinə yaradılmış koalisiyanın təkəbbürlü yanaşması Türkiyənin İraqdakı addımlarına şərait yaradır.
Bunu “Zvezda” telekanalına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O, Türkiyənin İraqdakı addımlarını həyasızlıq adlandırıb:
“İraq bizi çağırdı, İraqı biz sevirik və onları tərbiyələndirməyə çalışırıq. Suriyada isə diktator var və onun sayılı günləri qalıb. Biz buranı bombalayacağıq. Bizə heç kimdən icazə almaq lazım deyil”, – türklər indiki şəraitdə təxminən bu sözləri deyirlər. ABŞ-ın rəhbərliyi altında İŞİD əleyhinə yaradılmış koalisiyanın təkəbbürlü yanaşması olmasaydı, Türkiyə bu gün İraqda özünü həyasızcasına aparmazdı”.
Axar.az