XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2015 - 12:22

“İslahatlar yeni formatda davam edəcək, vergi və gömrükdə şəffaflıq olacaq” – Prezident İlham Əliyev

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub. 

Mərasimdə çıxış edən Prezident İlham Əliyev Zirə qəsəbəsinin də inkişafının sürətlə getdiyini bildirən Prezident İlham Əliyev Xəzər rayonundan deputat seçilən Mehriban Əliyevanın fəaliyyətinin bu prosesə mühüm töhfə verdiyini, ərazidə icra olunan ekoloji layihənin müəllifinin Leyla Əliyeva olduğunu deyib. ölkəmizdə sosial və infrastruktur layihələrinin, Bakı və ətraf qəsəbələrin inkişafı ilə bağlı Dövlət Proqramının uğurla icra olunduğunu söyləyən dövlət başçısı 2015-ci ildə Azərbaycanda ictimai sabitliyin təmin edildiyini billdirib və növbəti illərdə ölkəmizin iqtisadi inkişafının təmin olunmasının diqqət mərkəzində saxlanacağını vurğulayıb. Gələn il idarəetmə sahəsində islahatların yeni formatda davam etdiriləcəyini deyən Prezident İlham Əliyev icra orqanlarının fəaliyyətində, vergi və gömrük sahəsində şəffaflığın təmin ediləcəyini deyib.

“Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”,- deyən dövlət başçısı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırıb.