XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2015 - 13:55

Rusiyadan öldürücü zərbə – İŞİD-in səhra komandirləri öldürüldü

Rusiyaya məxsus hərbi təyyarələr İŞİD-in səhra komandirlərinin məşvərət üçün toplandığı məkana qəfil hava zərbələri endiriblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Məlumata görə, İŞİD-çi komandirlər Raqqa yaxınlığındakı binaların birinə toplaşıblar. «Su-34» təyyarəsindən endirilən zərbələr zamanı bina yerlə-yeksan olub. 

Konaşenkov bildirib ki, komandirlərin məşvərət üçün yığaşacağı barədə məlumatı onlara ölkənin şimal-şərqində döyüşən suriyalı müxaliflər ötürüb. 

Rusiya təyyarələri İŞİD-in Homs şəhərindəki hərbi bazasına da zərbələr endiriblər. Nəticədə hərbi texnika dolu anqar məhv edilib.