Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nun 3-cü hissəsinin yeddinci abzası aşağıdakı redaksiyada verilsin: “Əlahiddə çevik Polis Alayı və digər nizami polis hissələri”.