XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Oktyabr 2017 - 11:10

ABŞ-ın sabiq prezidenti Şimali Koreyaya gedəcək –Cənubi Koreya mediasından yeni iddia

ABŞ-ın sabiq prezidenti Cimmi Karter Koreya Xalq Demokratik Respublikasına səfər etməyi və onun lideri Kim Çen In ilə görüşməyi planlaşdırır.

Bu barədə Cənubi Koreyanın “Çunan ilbo” qəzeti məlumat yayıb.

Qeyd edək ki, 1994-cü ildə C. Karterin təşəbbüsü ilə ABŞ-la Şimali Koreya arasında birinci nüvə böhranından çıxmağa dair Cenevrə razılaşması əldə olunub. Bir neçə gün əvvəl “ Washington Post “ eks-prezidentin ABŞ-ı sülh danışıqları və ya 2 Koreya dövlətinin də iştirakı ilə çoxtərəfli danışıqlar üçün Şimali Koreyaya nümayəndə heyəti göndərməyə çağırış etdiyini yazıb/APA.