XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Oktyabr 2017 - 10:23

AŞPA-da Azərbaycanla bağlı iclas keçiriləcək –Nələr müzakirə olunacaq?

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində plenar iclaslarda “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

“Azərbaycanda demokratik təsisatların fəaliyyəti” üzrə məruzənin müəllifləri Sezar Florin Predan və Stefan Şennak, ikinci məruzənin müəllifi isə Alen Desteksdir.

Azərbaycan Milli Məclisinin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər/Trend.