XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2015 - 21:32

General Mədət Quliyev oğluyla birgə döyüşçülər arasında – FOTOlar

medet-2015-1.jpg

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Yeni ilin gəlişi ərəfəsində DTX-nin xüsusi qoşun hissəsinə baş çəkib.

DTX mətbuat xidmətindən mediaya verilən xəbərə görə, xidmət rəisi hərbi hisssəyə döyüşçüləri “Yeni il” və “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təbrik etmək üçün gedib.

Döyüşçülər qarşısında çıxış edən Mədət Quliyev Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin DTX qarşısında qoyduğu yeni vəzifələr haqda danışıb. General əsgərləri Azərbaycan dövlətçiliyi qarşısında səmimi və fədakar xidmət aparmağa çağırıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.

medet-2015-2.jpg

medet-2015-3.jpg