XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2017 - 14:40

“Əgər rəsmi Bakı belə silahları istəsə, mütləq hardansa tapıb alacaq” –KTMT-nin qərargah rəisi

“Dağlıq Qarabağ münaqişəsi yalnız dinc yolla həll oluna bilər”.

Strateq.az bildirir ki, bu sözləri  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi, general – polkovnik Anatoli Sidorov Yerevanda bu gün keçirdiyi mətbuat konfransında deyib.

KTMT üzvü olan ölkələrin Azərbaycana silah satması barədə sualı cavablandıran Sidorov qeyd edib ki, hər dövlətin rəhbərləri belə əməkdaşlığa gedərkən onu dərindən və ciddi qiymətləndirirlər:  “Əsas məsələ balansı saxlamaq və sonra münaqişəni tənzimləməkdir. Müxtəlif strukurların müxtəlif fəaliyyətləri ilə gec-tez sabitlik və sülh gələcək. Mən hərbiçi olsam da, əminəm ki, bu münaqişə yalnız dinc yolla həll oluna bilər. Silahlanmaya gəlincə, müqəddəs yer vaxt heç vaxt boş qalmır. Əgər rəsmi Bakı silah almağı hədəfləyibsə, mütləq hardansa tapıb alacaq” – deyə A. Sidorov vurğulayıb.

Strateq.az