XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 11:36

Cəmil Həsənlinin qızı: “Mənə ən ağır cəza kəsiblər”
Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayəti üzrə ilkin baxış iclası başlayıb.
Strateq.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, vəkil Adil İsmayılovun işlə tanış olması üçün iclas aprelin 13-ü saat 15-dək təxirə salınıb.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi fevralın 22-də 2014-cü il sentyabrın 19-da baş verən avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.
Günel Həsənli bildirib ki, Yasamal Rayon Məhkəmənin qərarı ədalətsizdir və atasının siyasi fəaliyyəti ilə bağlıdır: “ümid edirəm ki, Apellyasiya Məhkəməsi şikayətimi təmin edəcək. çünki günahım yoxdur və olmayan bir qəzaya görə mənə ən ağır cəza kəsiblər”.