Dünyanın ən hündür binası olan Dubayın “Bürc-Xəlifə” göydələnin yaxınlığında yerləşən çoxmərtəbəli oteldə baş verən yanğında 16 nəfər xəsarət alıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, təxliyyə zamanı oteldəki qonaqlardan birinin basabasa və tüstüyə görə halı pisləşib və ürək tutması olub.
63 mərtəbəli 5 ulduzlu oteldəki yanğın bütün binanı əhatə etməzdən əvvəl oteldə qalan minlərlə turistin azad edilməsi böyük bir faciənin qarşısını alıb.
Qeyd edək ki, oteldə Yeni ili qeyd edənlər arasında Azərbaycan vətəndaşları da olub. İlkin məlumatlara görə, vətəndaşlarımız arasında xəsarət alan yoxdur.