XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 14:15

Havanın temperaturu 4-6 dərəcə aşağı düşəcək- Sinoptiklərdən xəbərdarlıq

Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.