XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 22:14

Rəsmi Dəməşqdən Türkiyəyə qarşı tələb:"Qoşunları İdlibdən dərhal çıxarın" + Bəyanat

Dəməşq Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal çıxarmağı tələb edib.

Bu barədə SANA agentliyinə ölkə XİN-dən bildirilib.

“Suriya Ərəb Respublikası Türkiyə qoşunlarının İdlib əyalətinə girməsini ən sərt şəkildə pisləyir. Bu ölkə suverenliyinə və Suriya torpaqlarının bütövlüyünə açıq-aydın qəsddir, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır”, – deyə XİN-dən bildirilib.

“Türkiyə qoşunlarının İdlibə girməsinin Astana prosesində zamin ölkələr arasında əldə olunan razılaşma ilə heç bir əlaqəsi yoxdur. Suriya Ərəb Respublikası Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edir”, deyə XİN nümayəndəsi qeyd edib/APA.