XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 January 2016 - 06:54

Dubaydakı oteli 14 saata söndürüblər – 64 mərtəbədən 40-ı yanıb (FOTOLAR)

Dünyanın ən hündür binası olan Dubayın “Bürc-Xəlifə” göydələni yaxınlığında yerləşən çoxmərtəbəli oteldə baş verən yanğın 14 saata söndürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın dekabrın 31-də yerli vaxtla saat 21.30-da başlayıb.

5 ulduzlu «Address Downtown» otelinin 20-ci mərtəbəsində başlayan yanğın sürətlə yayılaraq, 64-cü mərtəbəyə qədər yüksəlib. Yanğının baş vermə səbəbi araşdırılır.

Güclü küləyə görə yanğınsöndürmə əməliyyatına helikopterləri cəlb etmək mümkün olmayıb. Əməliyyatda 5 yanğınsöndürmə briqadası iştirak edib.

Dubay polisi hadisə zamanı 14 nəfərin xəsarət aldığını bildirir.