XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

02 Yanvar 2016 - 09:05

“Ərdoğan dünya müharibəsinə yol aça bilər” – Amerikalı politoloq

“Ərdoğan Səudiyyə Ərəbistanı və Qətərin dəstəyi ilə yeni bir Osmanlı dövləti yaradaraq, dünya müharibəsinə yol aça bilər”.

Bu sözləri amerikalı politoloq Uilyam Enqdal deyib. Ekspertin sözlərinə görə, son dövrdə Türkiyə-Rusiya əlaqələrinin korlanması bölgədə sülhün bərpa olunmasını xeyli müddətə təxirə salıb:

“1853-1856-cı illərdə baş verən Krım müharibəsi tarixdə ən absurd müharibələrdən biri olub. Tarix təkrarlanır. Ərdoğanın son addımı Krımın ilhaqından sonra Rusiyanı yenidən qızışdırdı. Hadisələr faciə ilə başlasa da, komediya ilə bitə bilər. Ərdoğanın hədəfləri mülayim deyil. Bu hədəflərdə israr var. Səudiyyə Ərəbistanı və Qətərın dəstəyi ilə yeni bir Osmanlı dövləti yaradılması taktikası dünya müharibəsinə yol aça bilər”.

Axar.az