XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2016 - 09:15

“2016-2017-ci illər çətin olacaq” – Dünya Bankının rəsmisi

Dünya Bankının İnkişaf Gözləntiləri Qrupunun direktoru Ayxan Köse qlobal iqtisadiyyatın 2016 və 2017-ci illərdə kritik və çətin bir keçid dövrü yaşayacağını açıqlayıb.

Anadolu agentliyinə açıqlama verən Köse hələlik yaxın vaxtlarda qlobal durğunluğun gözlənilmədiyini deyib:

“İndi geriyə dönək və 2007-ci ildə 2008-2009-cu illəri analiz edək. Hesab edirəm ki, o zaman bir çox iqtisadçı qlobal böhranın çox az ehtimal olduğunu deyərdi. Qlobal iqtisadiyyat 2016 -2017-ci illərdə kritik və çətin bir keçid dövrü yaşayacaq. ABŞ pul siyasətinin normallaşması, Avro bölgəsində böyümənin davam etdirilməsi, əmtəə qiymətlərinin yeni bir tarazlıq tapması və çinin yavaşlama prosesinin sağlam bir şəkildə davam etməsi, bu keçid dövrünün əsas ünsürləri olacaq. önümüzdəki bir neçə ilin qlobal iqtisadiyyat üçün çətin bir keçid dövrü olacağı qətidir. Lakin Dünya Bankı da daxil olmaq üzrə müəyyən beynəlxalq təşkilatlar, dünya iqtisadiyyatının 2016-2017-ci illərdə böyüməyə davam edəcəyini nəzərdə tutur. Yəni hələlik üfüqdə yeni bir qlobal durğunluq görünmür”.

Axar.az