XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 09:42

Bəşər Əsəd Trampı “təcavüzkar” adlandırdı:“İranla bağlı mövqeyi sülh və sabitliyə hədədir”

Suriyanın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Tramp administrasiyasını İranla nüvə razılığına dair mövqeyini tənqid edərək, bildirib ki, bu, regional gərginliyi artırmaqla yanaşı, sülh və sabitliyə hədə törədir.

"Suriya Amerikanın insanlara qarşı təcavüzkar siyasətini tənqqid edir, və onun mövqeyi region və dünyada gərginliyi artırır" – deyə, SANA dövlət agentliyi rəsmi mənbələrə istinadən bildirib. ABŞ lideri ötən həftə İslam Respublikasına qarşı yeni sərt strategiya açıqlayıb: "Əvvəllər dediyim kimi, İran anlaşması Birləşmiş Ştatların indiyədək daxil olduğu ən pis və birtərəfli sazişlərdən biridir," deyə ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişinə dəstəyini rəsmən geri götürdüyünü bildirib.

"Nüvə anlaşması İranın diktaturasına siyasi və iqtisadi həyat naqili uzadaraq sanksiyaların yaratdığı təzyiqləri yumşaltdı," – deyə Prezident Tramp sələfi Barak Obamanın rəsmi Tehranla gəldiyi razılığı tənqid edib. "O, həmçinin rejimə maliyyə dəstəyi verərək hökumətə terroru maliyyələşdirmək üçün əlavə $100 milyard dollar bəxş etdi."

Suriya İranın yaxın müttəfiqidir. O ölkə Suriya prezidenti Bəşar Əl-Əsədə hərbi və maddi dəstək göstərir. (Amerikanın Səsi)