XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 19:18

Putin Şimali Koreya ilə bağlı fərman verdi –Rusiya Pxenyana qarşı sanksiyalara qoşuldu

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurasının 31 noyabr 2016-cı il tarixli qətnaməsi ilə əlaqədar imzalanan fərmana əsasən, Şimali Koreyanı təmsil edən şəxslərlə elmi-texniki əməkdaşlıq dayandırılacaq.

 Qeyd olunur ki, əməkdaşlıq yalnız Pxenyanın nüvə və raket proqramlarının inkişafına yardım etmədiyi hallarda mümkündür.  Putinin tapşırığına əsasən, Şimali Koreyanın nüvə proqramının icrası ilə əlaqəli olan gəmilərin Rusiyada qeydiyyatı ləğv olunacaq, habelə belə gəmilərin Rusiyanın limanlarına girişi yasaqlanacaq.