XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 23:04

Prezident İlham Əliyev Qırğızıstanın yeni dövlət başçısını təbrik etdi –Mətn

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.

Strateq.az həmin məktubu təqdim edir:

“Hörmətli cənab Jeenbekov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.