XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2016 - 19:16

“Biz məzhəb savaşında olmaq istəmirik” – Ərdoğandan İrana mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Yaxın Şərqdə məzhəb ayrı-seçkiliyi yaratdığını açıqlayıb.

Ərdoğan nüvə problem zamanı Tehranı müdafiə etdiklərini xatırladaraq, indi bunun qarşılığını görmədiklərini etiraf edib:

“Nüvə enerjisi məsələsində dünyada yalnız qaldıqları zaman Türkiyə olaraq nələr etdiyimizi hər kəs bilir. Braziliya ilə bərabər bu layihəyə sahibləndilər. Mahmud Əhmədinejada da demişdim. O dövrdə İranın yanında yer alaraq təkliyini aradan qaldırdıq. Daha sonra nə oldu? Nüvə problemi ilə bağlı Qərb ilə danışıqlara getdilər, müəyyən bir nöqtəyə gəldilər. Hal-hazırda İranın İraqda, Suriyada, Yəməndə məzhəbçi yanaşmasını doğru qəbul etmirik. İranlılara həmişə demişəm: Nə sünni, nə də şiə. İslam və İslam. Hadisəyə belə baxmaq lazımdır. Biz məzhəb savaşında olmaq istəmirik”.

Axar.az