Türk ordusu İraqın şimalında yerəşən Zap bölgəsində iki şəhid verib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk əsgərləri hərbi bazaya gedərkən PKK-lı terroristlər yolda bomba partladıb:
"Partlayışdan sonra tərəflər arasında şiddətli döyüş gedib. Nəticədə 2 türk əsgəri şəhid olub, biri ağır olmaqla 3-ü yaralanıb. 8 terrorist isə məhv edilib".
Acı xəbəri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiqləyib.