İranın Məşhəd şəhərində yerləşən Səudiyyə Ərəbistanı konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
Şiə alim Ayətullah Nemr Bakır ən-Nemrin edamına etiraz edən nümayişçilər konsulluğa hücum edib. Etirazçılar Səudiyyə Ərəbistanı bayrağını endirərək binanın bir hissəsini yandırıblar.
Əraziyə xeyli polis qüvvəsi cəlb edilib.
Axar.az