XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

17 Oktyabr 2017 - 09:17

BMT baş katibindən Əliyevlə Sarkisyanın görüşünə reaksiya:"Yaranmış müsbət dinamikadan istifadə edinr”

BMT-nin baş katibi Antoniu Qutteriş oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə keçirdikləri danışıqları alqışlayıb.

Bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.

Onun sözlərinə görə, BMT-nin baş katibi iki dövlət başçısının danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılığa gəlmələrini dəstəkləyir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyən baş katib Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq üçün tərəfləri son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırır”, deyə Düjarrik bildirib/APA.