XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 13:12

AMEA-da daha bir dəyişiklik –Yeni təyinatlar oldu + Siyahı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və Gənclər üçün Prezident təqaüdünə namizədlər iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Türk incəsənətinin dövrləşdirilməsi problemi" mövzusunda məruzə ilə çıxış edib. 

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.

Sonra elmi-təşkilati məsələlər müzakirəyə çıxarılıb.

Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun institutun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Kərimlinin institutun elmi katibi, Sərvər Şirinovun Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi vəzifələrinə təyin olunmaları, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı Rəyasət Heyətində vəsatət qaldırılması qərara alınıb.

Tədbirdə kadr məsələlərinə də baxılıb. Bölmə sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının memarlıq və incəsənəti şöbəsinin müdiri vəzifəsinə təsdiq edib. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əyani doktorantı Ədibə İsmayılovanın isə qiyabi təhsil formasına keçirilməsi qərara alınıb.