XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 14:08

ABŞ səfirindən Əliyevlə Sarkisyanın görüşünə şərh:"Dialoqun aparılması mühümdür"

"Azərbaycanda islahatların aparılması üçün ölkədəki müxtəlif elementlər arasında dialoq var və bu dialoqun aparılması da mühümdür".

Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, ABŞ biznesmenləri yaxın gələcəkdə bir sıra sahələrə investisiya yatıra bilər:

"Kənd təsərrüfatı, suvarma və informasiya texnologiyaları sahələri gələcək əməkdaşlığımız üçün əsas perspektivdir".

ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə də münasibət bildirib: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatından əlavə heç nə deyə bilmərəm". 

R.Sekuta vurğulayıb ki, son 25 ildə ABŞ-ın Azərbaycana ayırdığı yardımlar 1,3 mlrd. dolları ötüb: "ABŞ Dağlıq Qarabağ problemi nəticəsində məcburi köçkün düşən insanlara yardım üçün 120 mln. dollar ayırıb. Ümumilikdə 7 mindən çox şəxs ölkəmizin vəsaiti ilə ABŞ-da təhsil alıb. Bu dövr ərzində 500-dən çox Sülh Korpusu könüllüsü Azərbaycanda çalışıb".

Report