XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 15:26

Rəsmi Berlin Bərzaniyə verdiyi dəstəyi dayandırdı –Alman əsgərləri peşmərgəyə təlim keçməyəcək

Almaniya Iraq Kürd Muxtar Vilayətinə verdiyi  hərbi təlim dəstəyini dayandırıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Almaniya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, belə bir qərarın alınmasına səbəb Kərkük və ətrafında baş verən gərginlikdir: "Hazırda orada olan alman əsgərlərinin həyatına hər hansı bir təhlükə yoxdur. Ancaq hesab edirik ki, belə bir gərginlikdə əsgərlərimizin peşmərgəyə təlim keçməsi məqbul deyil".

Xatırladaq ki, rəsmi Berlin 2014-cü ildə peşmərgəyə təlim keçmək üçün Bərzani ilə razılaşmışdı. 2016-cı ildə isə tərəflər arasında hərbi əməkdaşlıq daha da gücləndirilib. Almaniya peşmərgəyə təlimin və İŞİD-lə mübarizə adı altında Ərbildə hərbi baza da yaratmaq istəyib.