XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2016 - 08:50

Səudiyyənin Tehrandakı səfirliyini belə yandırdılar – FOTOLAR

Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimrin edamına etiraz olaraq dünən gecə saatlarında krallığının Tehrandakı səfirliyinə hücum olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar səfirliyə daş və Molotov kokteyli atıblar. Nəticədə səfirlik binasında yanğın başlayıb.

“Frans Press” agentliyinin məlumatına görə, Tehran polisi hücum faktı ilə bağlı 40 nəfəri həbs edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında Nimr ən-Nimr də daxil olmaqla 47 nəfər edam olunub. Onların əksəriyyəti 2003-2006-cı illərdə “Əl-Qaidə” qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edilib.