XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

17 Oktyabr 2017 - 21:16

ATƏT-dən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı –Bəyanat

"Avstriyanın ATƏT-dəki sədrliyi  Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşnü diqqətllə izləyib". 

Bu barədə ATƏT sədrliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. 

Bəyanatda daha sonra deyilir:

"Biz prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq. Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün səylərini bundan sonra da dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib”. 

APA