XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 13:47

Azərbaycan prezidenti:“Şərq Tərəfdaşlığı ölkələrinə eyni münasibət göstərilməlidir”

Azərbaycan prezidenti İlham Əliyev Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, prezident İlham Əliyev Polşaya builki səfərini məmnunluqla xatırlayaraq bu səfərin uğurla keçdiyini və yaxşı nəticələr verdiyini vurğulayıb.
 
Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın və əldə edilmiş uğurların siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji, nəqliyyat sahələrində daha da genişləndirilməsinin önəmini qeyd edib və bildirib ki, Azərbaycan bu istiqamətdə fəal iş aparır.
 
Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Proqramına üzv dövlətlərə eyni münasibət göstərilməsinin vacibliyini vurğulayıb.
 
Polşanın xarici işlər naziri Vitold Vaşçikovski prezident İlham Əliyevin Polşaya səfərini məmnunluqla xatırlayaraq bu səfərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından böyük önəm daşıdığını qeyd edib. Polşanın xarici işlər naziri bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələri genişləndirmək və inkişaf etdirmək niyyətindədir. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa toxunan V. Vaşçikovski Avropa İttifaqının xarici siyasətində bu istiqamətin xüsusi əhəmiyyət daşıdığını qeyd edib və Avropa İttifaqının əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.
 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, Ermənistan tərəfinin danışıqlar prosesini uzatmağa meylli olduğu qeyd edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin və nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın əhəmiyyətli rolu vurğulanıb.