Rəsmi Vaşinqton oktyabrın 8-dən Türkiyəyə tətbiq etdiyi viza qadağasını ləğv etmək üçün 4 şərt irəli sürüb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu şərtləri Ankarada səfərdə olan ABŞ nümayəndə heyəti türk hökumətinə təqdim edib.
Həmin şərtlər isə bunlardır:
– Mətin Topuz və Mete C. ilə bağlı sübutlar verilməli (Həmin şəxslər ABŞ-ın İstanbuldakı konsulluğunda işləyir; onlar FETÖ üzvü olmaqda ittiham olunur, birinci həbs edilib, digəri isə axtarılır);
– ABŞ dipomatik korpuslarında işləyənlərlə bağlı bütün istintaq materialları haqda ABŞ-a informasiya verilməlidir;
– Qarşılıqlı təmasların ABŞ-ın istəyinə uyğun olub-olmadığını soruşmaq;.
– Diplomatik korpuslarda işləyənlər əgər ABŞ-ın istəyi ilə kimləsə təmas qurubsa, onlar tutulmamalıdır;".